Dünya

Rusiyada radardan itmiş təyyarə tapıldı – YENİLƏNİB

Rusiyanın Tomsk vilayətində radardan itən “An-28” tipli təyyarə tapılıb və ilkin məlumata görə göyərtədəki adamlar sağdır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb.
Məlumata görə, təyyarənin göyərtsində 4-ü uşaq, 3-ü ekipaj üzvü olmaqla 17 nəfər var.
15:05
Rusiyanın Tomsk vilayətində göyərtəsində 13-17 nəfər olan “An-28” təyyarəsi radardan itib.
“Report” TASS-a istinadən xəbər verir ki, Rusiyanın Aviasiya xidməti bildirib.
Məlumata görə, təyyarə Tomsk vilayətinin Bakçarsk rayonunda radardan itib:
Onun göyərtəsində 4-ü uşaq, 3-ü ekipaj üzvü olmaqla 17 nəfər var.
Təyyarə “Sibir yüngül aviasiya” avia şirkətinə məxsusdur. O, Kedrovıy-Tomsk marşrutu üzrə uçuşurmuş.
“An-28”nin axtarışı üçün Rusiya Aviasiya xidmətinin “Mi-8” helikopetri göndərilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button