Dünya

Rusiyada son sutkada koronavirusdan 357 nəfər ölüb

Son sutkada Rusiyada koronavirusdan 357 ölüm faktı qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Koronavirusun yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahından bildirilib. Qeyd olunur ki, bununla da COVID-19-dan ölənlərin ümumi sayı 126 430 nəfərə çatıb.
“Son sutkada 357 ölüm faktı təsdiqlənib. Rusiyada bütün dövr ərzində 126 430 nəfər (koronavirusdan-red) ölüb”, – məlumatda bildirilir.
Məlumata görə, paytaxt Moskvada 69 nəfər, Sankt-Peterburqda 48 pasiyent koronavirusun qurbanı olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button