İqtisadiyyat

Rusiyadan Azərbaycana pul köçürmələri I rübdə 38% azalıb

2021-ci ilin I rübündə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 185 mln. ABŞ dolları (314,5 mln. manat) təşkil edib.
“APA-Economics”in Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci ilin I rübü ilə müqayisədə 38,1% azdır.
Hesabat dövründə bir köçürmənin orta məbləği 273 dollar təşkil edib. Azərbaycana yönələn transfertlərin 81,1%-i Rusiya rezidentləri tərəfindən göndərilib.
Qeyd edək ki, ümumi pul köçürmələrinin 39,8%-i (73,6 mln. dollar) ödəniş sistemləri vasitəsilə həyata keçirilib.
Cari ilin I rübündə Rusiyanın MDB ölkələrinə pul trasnfertləri siyahısında Azərbaycan dördüncüdür, lider isə Özbəkistandır (967 mln. dollar).
Azərbaycandan Rusiyaya pul köçürmələrinə gəldikdə, bu ilin yanvar-mart aylarında ölkədəki fiziki şəxslər tərəfindən Rusiyaya 31 mln. dollar həcmində transfert həyata keçirilib. Bu, illik müqayisədə 11,4% azdır. Ölkədən Rusiyaya yönələn pul baratlarının 80%-i Rusiya rezidentlərinə göndərilib. Bir köçürmələrin orta məbləği 437 dollar təşkil edib. Azərbaycandan Rusiyaya ümumi pul köçürmələrinin 42,6%-i ödəniş sistemləri ilə həyata keçirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button