Dünya

Rusiyadan İrana yan alan gəmi Xəzər dənizində saya oturub

Rusiyanın Həştərxan vilayətinin Olya limanından İranın Əmirabad limanına hərəkət edən “Port Olya-4” yük gəmisi Xəzər dənizinin şimalında saya oturub.
“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsi bildirib.
Məlumata görə, hadisə mayın 10-da gecə saatlarında baş verib. Xəsarət alan olmayıb. Gəmi zədələnməyib.
Məlumata görə, gəmi Xəzər dənizinin şimal hissəsində Volqa-Xəzər dənizi nəqliyyat kanalının 155 km-liyində saya oturub. Hazırda ərazidə gəmilərin hərəkəti dayandırılıb. Əlverişli hava şəraitində gəminin çıxarılması ilə bağlı tədbir görüləcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button