Dünya

Rusiyanın 54 diplomatı Çexiyanı tərk edib

Rusiyanın Praqadakı səfirliyinin 54 əməkdaşı Çex Respublikasını tərk edib.
“Report” xəbər verir ki, bu barədə “TASS”a Rusiya səfirliyinin mətbuat katibi Nikolay Bryakin məlumat verib.
Onun sözlərinə görə, səfirliyin 54 işçisi ailə üzvləri ilə birlikdə xüsusi təyyarə vasitəsi ilə Rusiyaya yola düşüb.
N. Bryakin bildirib ki, diplomatik nümayəndəliyin ikinci qrup işçisi və onların ailə üzvləri 31 may, bazar ertəsi günortadan sonra Çexiyanı tərk edəcəklər.
Bundan əvvəl, Çexiyanın xarici siyasət idarəsinin rəhbəri Yakub Kulqanek bildirib ki, Rusiyanın Praqa səfirliyindəki diplomatların sayı Çexiyanın Moskvadakı diplomatlarının sayına qədər azaldılacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button