İqtisadiyyat

Rusiyanın daha bir aviaşirkəti Nijni Novqoroddan Bakıya uçacaq

Rusiyanın “Ural Airlines” aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa aviareyslər üzrə uçuşlara başlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”ə verilən məlumata görə, sözügedən aviareys üzrə ilk uçuş mayın 31-də yerinə yetirilib. “Ural Airlines” sözügedən aviareys üzrə uçuşları həftədə bir dəfə yerinə yetirəcək.
Hava limanından həmçinin bildirilib ki, iyunun 4-dən etibarən Rusiyanın “Ikar Airlines” şirkəti (“Pegas Fly” ticarət nişanı) Nijni Novqoroddan Bakıya uçuşlara başlayacaq.
“Aviareys həftədə iki dəfə – I və V günlər yerinə yetiriləcək”, – aeroportdan bildirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button