İqtisadiyyat

Rusiyanın daha bir aviaşirkəti Novosibirskdən Bakıya uçacaq

Rusiyanın “S7 Airlines” şirkəti Novosibirskdən Bakıya birbaşa uçuşlara başlayır.
Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”ə verilən məlumata görə, Novosibirsk-Bakı marşrutu üzrə ilk uçuş iyunun 2-də Bakı vaxtı ilə saat 08:35-də yerinə yetiriləcək, əks istiqamətdə isə təyyarə saat 14:05-də havaya qalxacaq. Uçuşlar həftədə bir dəfə – III günlər yerinə yetiriləcək.
Hava limanından həmçinin bildirilib ki, Rusiyanın “Ural Airlines” aviaşirkəti bu gündən etibarən Novosibirsk-Bakı aviareysi üzrə uçuşlara başlayacaq: “Novosibirskdən Bakı istiqamətində təyyarə Bakı vaxtı ilə saat 15:35-də havaya qalxacaq, əks istiqamətdə isə uçuş 20:55-də həyata keçiriləcək. Uçuşlar həftədə bir dəfə yerinə yetiriləcək”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button