İqtisadiyyat

Rusiyanın daha bir aviaşirkəti Volqoqrad və Həştərxandan Bakıya uçuşlara başlayıb

Rusiyanın “S7 Airlines” aviaşirkəti Volqoqrad və Həştərxandan Bakıya birbaşa uçuşlara başlayıb.
Bu barədə “APA-Economics”ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Qeyd olunub ki, Rusiyanın hər iki şəhərindən Bakıya aviareyslər üzrə uçuşlara bu gündən etibarən başlanılıb: “Volqoqrad və Həştərxandan Bakıya uçuşlar həftədə bir dəfə – çərşənbə günləri yerinə yetiriləcək. Uçuşlar “Airbus A320″ təyyarələri ilə həyata keçirilir”.
Xatırladaq ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa, Mineralnıye Vodı, Perm, Orenburq, Krasnoyarsk və Həştərxan şəhərlərindən Bakıya, Moskva və Sankt-Peterburqdan isə Lənkərana birbaşa uçuşlar yerinə yetirilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button