İqtisadiyyat

Rusiyanın iki şirkətinə Permdən Bakı və Gəncəyə uçuşlar yerinə yetirməyə icazə verilib

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) bir neçə aviaşirkətə Pemdən Azərbaycan, Misir, İspaniya və Kubaya uçuşlar yerinə yetirməyə icazə verib.
“APA-Economics” Rosaviasiyanın məlumatına istinadən xəbər verir ki, “Nordwind Airlines” aviaşirkətinə Permdən Bakı və Qahirəyə, “S7 Airlines” aviaşirkətinə isə Permdən Gəncəyə uçuşlar həyata keçirməyə icazə verilib.
Bundan başqa, “Ikar” şirkəti Perm-Varadero (Kuba) aviareysi üzrə, “Azur air” şirkəti isə Permdən İspaniyanın Barselona və Palma-de-Mayorka şəhərlərinə çarter aviareysləri üzrə uçuşlar yerinə yetirmək hüququnu əldə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button