İqtisadiyyat

Rusiyanın “Urals” neftinin qiyməti ikiillik maksimuma çatıb

Rusiyanın “Urals” markalı ixrac neftinin bir barelinin Avropada qiyməti 25 iyun Aralıq dənizi bölgəsindəki hərracda 75 ABŞ dollarını keçib. Bu, 2019-cu ilin may ayından bəri ilk dəfə baş verib.
“APA-Economics”in məlumatına görə, bu barədə TASS-a “Argus” beynəlxalq qiymət agentliyindən bildirilib.
Bununla belə, Avropanın Şimal-Qərbində (CIF Augusta) “Urals”ın qiyməti hələ bu həddə çatmayıb. “Urals” bu yaxınlarda 2018-ci ilin oktyabrından bu yana ilk dəfə 76 dollar həddini aşan “Brent” markalı neftin ardınca bahalaşır. “Urals” ənənəvi olaraq Şimal dənizi neftinə qarşı mənfi diferensial saxlayır. Rusiyanın sözügedən neft markasının qiyməti yalnız iki həftə əvvəl, 15 iyun tarixində 2019-cu ilin may ayından bəri ilk dəfə 70 dollar həddini keçib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button