İdman

Rüstəm Orucov Azərbaycan tarixində 3-cü cüdoçu, 8-ci bayraqdar olacaq – SİYAHI

Azərbaycan yığmasının Olimpiya Oyunlarındakı bayrağını 3-cü dəfə cüdoçu daşıyacaq.
Apasport.az saytının məlumatına görə, Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimində bayrağımızı dalğalandıracaq Rüstəm Orucova qədər iki cüdoçu bu şərəfə nail olub.
O, həm də yığma tarixinə 8-ci bayraqdar kimi düşəcək. 1996-cı ildə ilk bayraqdar kimi tarixə Nazim Hüseynov düşüb. 16 ildən sonra Elnur Məmmədli də eyni vəzifəni daşıyıb.
Hər iki cüdoçu 4 il öncə çempion olduqdan sonra bayrağı daşıyıb. Lakin onlar nəinki titullarını qoruyub, heç mükafatçılar sırasına da düşməyiblər.
Ümumiyyətlə, əvvəlki yeddi Olimpiya Oyunlarından yalnız birində bayraqdar sonradan medal qazanıb. Bu, 2000-ci ildə çempionluq yaşayan Namiq Abdullayevdir. Digər təmsilçilərimiz isə bayraq daşıdığı turnirdə mükafat qazana bilməyiblər.
Cüdo yığması olimpiyaçıların siyahısında mütləq rekordçudur. Rüstəm 3-cü bayraqdar cüdoçu olacaq. Digər növlər isə hərəyə bir dəfə bunu bacarıb. Düzdür, iki güləşçi buna nail olub. Lakin onlardan biri sərbəst, digəri yunan-Roma güləşçisidir.
Olimpiya yığmamızın bayraqdarları1996. Nazim Hüseynov (cüdo)2000. Namiq Abdullayev (sərbəst güləş)2004. Nizami Paşayev (ağırlıqqaldırma)2008. Fərid Mansurov (yunan-Roma güləşi)2012. Elnur Məmmədli (cüdo)2016. Teymur Məmmədov (boks)2020. Rüstəm Orucov (cüdo)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button