Siyasət

Səfir regionlara səfərə çıxıb

Yaponiyanın Azərbycandakı Səfiri Vada Cüniçinin regionlara səfəri davam edir.

İstiqlal.az xəbər verir ki,  Şamaxı rayonuna səfəri çərçivəsində Səfir rayon icra başçısı ilə görüşmüş, Şamaxı rayonu ilə səfirlik və Yaponiya arasında gələcək əməkdaşlıq planları geniş şəkildə müzakirə edib.

Bundan əlavə, 2019-cu ildə Şamaxıya yaponlar tərəfindən bəxş olunmuş sakura ağaclarının əkildiyi ərazi ziyarət olunub, sakuranın iki ölkə arasında dostluq simvoluna çevrilməsi və bu əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Səfir Vada Cüniçi uzunmüddətli və davamlı əməkdaşlıq əlaqələrindən məmnun olduğunu, ildən-ilə daha da böyüyəcək sakura ağacları kimi qarşılıqlı dostluq və əməkdaşlığın böyüməsi və möhkəmlənməsini arzu edib.

Səfər zamanı  səfir Şamaxının bəzi görməli yerlərini də ziyarət edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button