İdman

Səfirlik Azərbaycan yığma komandasının medallarla geri dönəcəklərinə inanır

Tokio 2020 Olimpiya Oyunlarının başlanmasına son 10 gün qalıb.

Bu münasibətlə, Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında milli yığma komandaya dəstək tədbiri həyata keçirililib.

İstiqlal.az Yponiyanın ölkəmizdəki Səfirliyinin Facebook Səhifəsinə istinadla xəbər verir ki, tədbirdə səfir Vada Cüniçi  iştirak edərək, idmançılar başda olmaqla, Azərbaycan milli yığma komandasının 44 idmançısının hər birinə uğurlar arzulayıb, Oyunların təhlükəsiz və ən gözəl şəkildə keçirilməsi üçün var gücünü səfərbər etmiş Yaponiya hökuməti adından hər kəsi Yaponiyada qarşılamaqdan məmnun olacaqlarını bildirib.

Tədbirin rəsmi hissəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru cənab Fuad Hacıyev nitq söyləyərək, bütün idmançılarımızı qələbə qazanmaq üçün əzmlə mübarizəyə çağırıb.

Tədbirin əsas elementi olaraq Azərbaycan milli yığma komandasının rəsmi idman geyimlərinin nümayişi olmuşdur. Bu dəfəki geyimlərdə Azərbaycanın məşhur milli ornamenti olan şəbəkədən istifadə olunub.

Bədii hissədə “yapon.az” Yapon dili və Mədəniyyəti Mərkəzinin tələbələrinin ifasında Tokio Olimpiadasına həsr olunmuş rəqs nümayiş olunmuş, məşhur ifaçıların ifaları ilə davam edib. Səfirlik, Azərbaycan yığma komandasına uğurlar arzulayır, çoxsaylı medallarla geri dönəcəklərinə inanır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button