Gündəm

Şəhid Əbülfəz Rəhmətov Lerikdə dəfn olunub – yenilənib

Vətən müharibəsində şəhid olan kapitan Əbülfəz Rəhmətov Lerik rayonunun Anbu kənd qəbiristanlığında dəfn olunub.

APA-nın cənub bürosunun məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş zabiti, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi doğulduğu Lerik rayonunun Anbu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, iştirak edib.

***

Vətən müharibəsində şəhid olan kapitan Əbülfəz Rəhmətovla doğulduğu Lerik rayonunda vida mərasimi keçirilir.

Vətən müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi doğulduğu Lerik rayonunun Anbu kəndinə gətirilib. Şəhidlə vida mərasimində yaxınları, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər iştirak edir.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən itkin düşən şəhid kapitanın nəşi dünən Cəbrayıl rayonu ərazisində tapılıb. O, Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Əbülfəz Rəhmətov 1989-cu ildə anadan olub. İki övladı var.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button