Cəmiyyət

Şəhid jurnalist Məhərrəm İbrahimov torpağa tapşırılıb – VİDEO – YENİLƏNİB-2

Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov dəfn olunub.
“Report” xəbər verir ki, şəhid jurnalistin cənazəsi Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.
12:26
Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovla vida mərasimi başa çatıb.
“Report” xəbər verir ki, şəhid jurnalistin cənazəsi dəfn olunması üçün Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlığa yola salınıb.
M.İbrahimov valideynlərinin məzarı yanında dəfn olunacaq.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, həmkarları, Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

09.51
Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovla vida mərasimi keçirilir.
“Report” xəbər verir ki, şəhid jurnalistlə vida mərasimi yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəbəbəsi, Cəfər Cabbarlı küçəsi 10 ünvanındakı evində keçirilir.
Mərasimdən sonra onun cənazəsi Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunacaq.
Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü – Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button