CəmiyyətManşet

Şəhid və qazi ailələrinin sosial müdafiəsi  – hökumətin  8 qərarı…

Şəhid ailələri və 2-ci Qarabağ müharibəsi iştirakçıların sosal təminat sisteminin yaradılması yaxın dövr üçün  hökumətin əsas prioritetlərindən biridir.  3 minə yaxın şəhid ailəsinin və 10 minə yaxın yaralının sosial ehiyaclarını qarşılamaq üçün hökumət bir sıra addımlar atıb və atmaqdadır. Bu addmlara aşağadakılar daxildir.

Birincisi, Azərbaycan prezidentinin 2020-ci il 8 dekabr tarixli fərmanı ilə YAŞAT fondu yaradılıb.  Fondun missiyası humanitar xarakter daşıyır,  müharibə iştirakçıları və şəhid ailələrinin sosial ehtiyaclarının bir hissəsini qarşılamağ öz üzərinə götürür. Eyni zamanda şəhid və yaralı şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək artıq öz vəzifələrinin icrasına başlayıblar.  Maliyyləşmə mənbəyi isə fərd və müəssisələrin könüllü yardımlarıdır.

İkincisi, Azərbaycan prezidentinin 7 yanvar 2021-ci il tarixli fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması nəzərdə tutulub. Bu şəhid ailələri və müharibə iştirakçılarının sosial problemlərinin həllini asanlaşdırır. Məsələn, onların işlə və ya torpaq sahəsi ilə təmin olunması, kiçik biznesə başlamağa dəstək verilməsi və s.

Üçüncüsü, Vətən Müharibəsində iştirak etmiş hər bir hərbiçin müraciətinə  operativ qaydada baxılması üçün  Müdafiə Nazirliyində xüsusi komissiya yaradılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən  1000-ə yaxın müraciətə baxılıb və həll olunması üzrə tədbirlər görülüb. Həmçinin komissiyanın bölgələrdə səyyar qrupları da fəaliyyət göstərir.

Dördüncüsü, mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Dövlət Komissiyası yaradılıb. Tərtərdə, Gəncədə, Bərdədə və digər şəhər və rayonlarımızda zərər çəkən vətəndaşlara maddi dəstək verilir. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 mana, t digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000 manat məbləğində yardım göstərilməsi nəzərdə ttutulub.

Beşincisi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsi təmin edilib. Həmçinin şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub.

Altıncısı, Vətən müharibəsi iştirakçılarının qayğılarının diqqət mərkəzində saxlanması məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli Qərarına əsasən, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə də xüsusi komissiya yaradılaraq fəaliyyətə başlayıb.

Yeddincisi,  hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılıb. Komissiyaya Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi daxildir.

Səkkizincisi, Mərkəzi Bank şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara (və ya onların vərəsələrinə) sığorta ödənişlərinin operativ ödənilməsinin təmin olunması məqsədilə müvafiq dövlət qurumları – Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlamışdır. Qazi və şəhid ailələri sosial sığortanın imkanlarından faydalanacaq. Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq “AzSığorta” şirkətinin daxili idarəetmə potensialı artırılıb. Şirkətin fəaliyyəti müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılıb, təkrarlanan əməliyyatlar avtomatlaşdırılıb. Vətəndaşların fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər təşkil edilmiş, zənglərin qəbulu üçün telefoniya sistemi qurulub. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilmişdir. “AzSığorta” tərəfindən bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbçiyə 18 109 850 manat ödəniş edilib.

Təbii ki, çox qısa müddətdə şəhid və qazi ailələrinin problemlərini qısa bir müddətdə və tam şəkildə həll etmək mümkn deyil – buna zaman lazımdır. Ancaq atılan addımlar göstərir ki, bu istiqmətdə ardıcıl addımlar atılır və  atılmaqdadır. Ən əsası isə siyasi hakimiyyət bu məsələni diqqət mərkəzində saxlayır. Güman ki, yaxınlarda yeni qərarlar da olacaq. Ancaq təəssüf ki,  bəzi məmurları süni problemlər yaradır.  İctimai nəzarət mexanizmlərini gücləndirməklə həmin məmuları zərərsizləşdirmək olar. Siyasi hakimiyyət də bu məsələdə maraqlıdır.  Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi son həbslər də bunu sübut edir.

Qadir İBRAHİMLİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button