İdman

 Şəhriyar Məmmədyarov Harri Kasparova yenə qalib gəlib

Blits şahmat üzrə “Grand Chess Tour” başa çatıb.Apasport.az saytının məlumatına görə, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışın ikinci günündə şahmatçılar daha 9 turun görüşlərini keçirib.Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün 6 xal toplayıb. O, XV tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Şəhriyar Azərbaycan şahmatının yetirməsi olan rəqibini bir gün öncə olduğu kimi yenə də məğlub edib.Ümumilikdə 19 xal toplayan Məmmədyarov turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adını Maksim Vaşye Laqrav qazanıb. O, 23 xalla hamını qabaqlayıb.BlitsX tur. Şəhriyar Məmmədyarov – Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5XI tur. Yan Nepomnyaşi (Rusiya) – Şəhriyar Məmmədyarov – 0:1XII tur. Şəhriyar Məmmədyarov – Yorden Van Forest (Niderland) – 1:0XIII tur. Aleksandr Qrişuk (Rusiya) – Şəhriyar Məmmədyarov – 0:1XIV tur. Şəhriyar Məmmədyarov – Yan-Kşiştof Duda (Polşa) – 1:0XV tur. Harri Kasparov (Rusiya) – Şəhriyar Məmmədyarov – 0:1XVI tur. Şəhriyar Məmmədyarov – Anton Korobov (Ukrayna) – 0:1XVII tur. Şəhriyar Məmmədyarov – Vişvanatan Anand (Hindistan) – 0,5:0,5XVIII tur. Aniş Qiri (Niderland) – Şəhriyar Məmmədyarov – 1:0Turnir cədvəli: 1. Maksim Vaşye-Laqrav (Fransa) – 23, 2. Vişvinatan Anand (Hindistan) – 21, 3. Aniş Qiri (Niderland) – 20,5, …6. Şəhriyar Məmmədyarov (Azərbaycan) – 19.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button