Cəmiyyət

Şəkidə 31 yaşlı kişi yol qəzasında xəsarət aldı

Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Qoxmuq kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Məmmədov Elnur Qurban oğlu xəsarət alıb.
Yaralı əvvəlcə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, lakin sonra Bakıdakı xəstəxanalardan birinə gətirilib. Ona diz qapağının sınığı diaqnozu qoyulub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button