Cəmiyyət

Şəkidə avtomobil aşıb, xəsarət alanlar var – VİDEO

Şəki rayonunda yol qəzası baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Qayabaşı kəndi ərazisində qeydə alınıb.Belə ki, Yevlax şəhər sakini Təbriz Aydın oğlu Yusifovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Maşın aşan zaman sərnişin – Qəbələ rayon sakini, 1973-cü il təvəllüdlü Bayram Aşırəliyev özünü yerə atmaq istəyərkən ağır xəsarət alıb. Avtomobildə olan digər sərnişin də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Oğuz Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb, onların vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button