Cəmiyyət

Şəkidə avtomobillər toqquşub, xəsarət alan var

Şəki rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.”Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, Kiçik Dəhnə kənd sakini, 1998-ci il təvəllüdlü Nuralı Yusifovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Böyük Dəhnə kənd sakini, 1948-ci il təvəllüdlü Duman Hüseynovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdən birində olan sərnişin – 1991-ci il təvəllüdlü Mukayo Süleymanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button