Cəmiyyət

Şəkidə minik və yük avtomobilləri toqquşdu, xəsarət alanlar var

Şəki rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun rayonun Böyük Dəhnə kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil “Qazel” markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı “Qazel”də olan 3 nəfər – sürücü və 2 qadın xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button