Cəmiyyət

Şəkidə yeni ailə quran gənc oğlan sel sularında boğulub

Şəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Qurucana çayında baş verib. Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.
Xatırladaq ki, Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button