Cəmiyyət

Şəkiyə leysan və dolu yağdı, elektrik naqillərinə, qaz xətlərinə ziyan dəydi

Axşam saatlarından etibarən şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Şəki rayonunun Aşağı Göynük və ətraf kəndlərinə küləklə müşahidə olunan güclü dolu yağıb. Dolu meyvə ağaclarına, o cümlədən fərdi təsərrüfatlara ciddi ziyan vurub. Güclü külək nəticəsində iri gövdəli ağaclar kökündən çıxıb, elektrik naqilləri qırılıb, qaz xətlərinə ziyan dəyib.
Hazırda Aşağı Göynük kəndinə elektrik enerjisinin və mavi yanacağın verilişi dayandırılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button