Cəmiyyət

Şəmkir polisi əməliyyat keçirib, saxlanılan var

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb Mərkəzinə verilən məlumata görə, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mahmudlu kənd sakini Fikrət Sultanova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Həyətyanı sahəyə baxış zamanı oradan 7 ədəd, ümumi çəkisi 2 kq 650 qram olan, çətənə kolu aşkar olunub.
Bundan başqa, oradan qurudulması üçün sərilmiş, 100 qram qurudulmuş marixuana aşkarlanıb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirsədə digər xüsusatlar da istisna edilmir.
Faktla RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button