Cəmiyyət

Şəmkirdə ağır yol qəzası olub, ölənlər və yaralananlar var – YENİLƏNİB

Şəmkirdə avtomobil qəzası zamanı xəsarət alanların adları məlum olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, xəsarət alanlar “QAZel” markalı kiçik tutumlu yük maşınında olan Ağstafa rayon sakinləri, 1982-ci il təvəllüdlü Şahin Siyavuş oğlu Məmmədov və Ədalət Bayramovdur.
Qəza nəticəsində dünyasını dəyişənlərin şəxsiyyəti isə dəqiqləşdirilir.
Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində, “QAZel” markalı kiçik tutumlu yük maşınınla “QAZ-31” markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
00:37
Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində olub.
“QAZel” markalı kiçik tutumlu yük maşını ilə “QAZ-31″ markalı minik avtomobili toqquşub.
Nəticədə ” “QAZ-31″də olan 3 nəfər hadisə yerində ölüb, digər avtomobildə olan 2 nəfər isə ağır xəsarətlər alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button