Cəmiyyət

Şəmkirdə avtomobillər toqquşub, gənc qadın xəsarət alıb

Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Sabirkəndində “Hyundai Sonata” “VAZ-2106” markalı avtomobillə toqquşub. Zərbənin gücündən “VAZ-2106” yoldan çıxaraq aşıb. Qəza nəticəsində Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Pəri Sadıqova xəsarət alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button