Cəmiyyət

Şəmkirdə şirkət əməkdaşının xəsarət alması ilə bağlı cinayət işi açılıb

İyunun 20-də saat 09 radələrində “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialında frez operatoru vəzifəsində işləyən Aqil Məmmədovun xəsarət alması barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə “Report”a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, Aqil Məmmədov Bakı-Qazax avtomagistral yolunun Şəmkir rayonun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində köhnə asfalt örtüyünün qaşınması işlərini apararkən ehtiyatsızlıqdan bədən xəsarəti alıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button