İdman

Sərbəst güləş üzrə Azərbaycan millisinin Avropa çempionatına yollanacaq heyəti açıqlanıb

Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında qitə birinciliyində Əfqan Xaşalov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Şamil Zubairov (97 kq) mübarizə aparacaq.

Aprelin 18-də sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin rəqibləri müəyyənləşəcək. Növbəti gün 57, 65, 70, 79 və 97 kq-da mübarizəyə start veriləcək. Digər çəkilərdə çıxış edən sərbəst güləşçilər isə ayın 20-də xalça üzərinə çıxacaq.

Ad – 00:03
vestel.az

Güləşin bu növündə mübarizəyə aprelin 21-də yekun vurulacaq.

ApaSport

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button