İqtisadiyyat

Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini artıra bilər

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft-qaz şirkəti Asiya ölkələri üçün avqust ayı üçün “Arab Light” markalı neftinin qiymətini artıra bilər.  
“APA-Economics”in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi analitiklərə istinadən xəbər verir.
Bildirilir ki, “Arab Light” markalı neftin bir barelinin qiyməti 0,65 sent artırıla bilər. Bununla da, sözügedən neft üzrə bonus 2,55 dollar təşkil edəcək (Oman/Dubai neft növləri səbəti ilə müqayisədə).
“Saudi Aramco” tərəfindən rəsmi məlumatlar gələn ayın ilk günlərində yayımlanacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button