İqtisadiyyat

Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini artırıb

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft-qaz şirkəti Asiya ölkələri üçün avqust ayı üzrə “Arab Light” markalı neftinin qiymətini artırıb.
Bu barədə “APA-Economics”i “Bloomberg” agentliyinə istinadən xəbər verir. 
Bildirilir ki, “Arab Light” markalı neftin bir barelinin qiyməti 0,8 ABŞ dolları artırılıb. Bununla da, sözügedən neft üzrə bonus 2,7 dollar təşkil edir (Oman/Dubai neft növləri səbəti ilə müqayisədə).
Qeyd olunur ki, analitiklər qiymətin 0,65 dollar artacağını proqnozlaşdırırdı.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button