İqtisadiyyat

Səudiyyə Ərəbistanı və BƏƏ “OPEC+” çərçivəsində razılığa gəlib

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “OPEC+” razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində neft hasilatının artırılmasına dair razılığa gəlib.
“APA-Economics”in məlumatına görə, bu barədə “Reuters” mənbəyinə istinadən xəbər verir.
Məlumata görə, əldə olunan razılığa əsasən, BƏƏ-nin hasilatın azalması üçün kvotaların hesablandığı gündəlik baza istehsal səviyyəsi 3,65 mln. barelədək artırılacaq (apreldə əldə olunan razılaşmanın vaxtı bitdikdən sonra, avqust ayından etibarən – red.).
Qeyd edək ki, hazırda BƏƏ-nin hasilatın azalması üçün kvotaların hesablandığı gündəlik baza istehsal səviyyəsi 3,168 mln. barel təşkil edir.
Xatırladaq ki, 1-2 iyul tarixlərində keçən danışıqlar zamanı tərəflər konsensusa gələ bilməyib və müzakirələri 5 iyul tarixində davam edəcəyi barədə qərar verilib. Lakin, iyulun 5-də də danışıqlar baş tutmayıb. Razılığın əldə olunmamasının əsas səbəbi kimi razılaşmanın müddətinin uzadılması məsələsi, istehsalın azalması üçün kvotaların hesablandığı baza istehsal səviyyəsi və bununla bağlı BƏƏ-nin mövqeyi göstərilir.
Qeyd edək ki, “OPEC+” ölkələri gündəlik neft hasilatının artırılması və razılaşmanın müddətinin 2022-ci ilin sonunadək (hazırda razılaşma 2022-ci ilin aprelin axırına kimi olan müddəti əhatə edir – red.) uzadılması məsələlərini müzakirə edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button