Dünya

Saakaşvili Gürcüstana gedəcəyinin anonsunu verdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəsinə getmək istəyir.

Gürcü mediası bildirir ki, bunu videomüraciətində o özü bəyan edib.

M.Saakaşvili bu ilin payızında keçiriləcək yerli seçkilər zamanı Gürcüstanda olacağını qeyd edib: “Həyatım və azadlığım üçün nə qədər böyük risk olsa belə, mən mütləq Gürcüstanda baş verəcək proseslərin birbaşa iştirakçısı olacağam”.

Sabiq dövlət başçısının sözlərinə görə, payızda yerli özünüidarəetmə orqanlarına seçkilərlə yanaşı, hakim Gürcü Arzusu Partiyası üçün praktiki olaraq referendum da təyin edilib.

“Report” qeyd edir ki, o, Vahid Milli Hərəkat Partiyasını hakimiyyətlə razılaşmanı Nika Meliyanın həbsdən azad edilməsindən sonra imzalamağa çağırıb. Parlamentə daxil olmağı da həmçinin.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button