Cəmiyyət

Saatlıda gənc ölümdən son anda xilas edilib

Saatlıda suda batan gənc oğlan xilas olunub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Smadi kəndində qeydə alınıb.
Rayonun Mircavad kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Elnur Elman oğlu həmin ərazidən keçən su kanalında çimərkən suda batmaq təhlükəsi ilə üzləşib. O, yaxınlıqdakı adamların köməkliyi ilə son anda sudan çıxarılıb. E.Məmmədov Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button