İdman

Sabiq nazir “Qalatasaray” prezidentliyinə namizəd olub

“Qalatasaray”da prezidentliyə namizədlərin sayı artır.
Apasport.az saytının məlumatına görə, daha bir nəfər “cim-bom”u idarə etməyə iddialıdır.
Keçmiş nəqliyyat naziri İbrahim Özdəmir yerli mətbuata “sarı-qırmızılar”ın prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayıb. O, digər namizədlərdən fərqli bu posta layiq görüləcəyi təqdirdə hazırkı baş məşqçi Fatih Terimlə yollarını ayıracağını bildirməyib. Özdəmir təcrübəli mütəxəssislə müzakirələr aparılacağını və onun təcrübəsindən faydalanacaqlarını söyləyib.
Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri iyunun 19-da keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button