Mədəniyyət

“Sabir Rüstəmxanlı üçün yaz” Müsabiqəsinin qalibləri müəyyənləşdi – siyahı

Xalq şairi Sabir Rüstəmxanlının 75 illiyinə həsr olunmuş “Sabir Rüstəmxanlı üçün yaz” adlı yazı müsabiqəsi yekunlaşıb.

“Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə keçirilən müsabiqədə #rüstəmxanlıüçünyaz, #sabirrüstəmxanlı75 həştəqlərindən istifadə edilərək, sosial şəbəkələrdə (“Facebook”, “Twitter”, “Instagram”) edilən paylaşımlar araşdırılıb.

10-21 may 2021-ci il tarixləri arasında keçirilən müsabiqədə 289 nəfər #rüstəmxanlıüçünyaz, 453 nəfər isə #sabirrüstəmxanlı75 həştəqindən istifadə edib. Ümumilikdə, yarışda 742 nəfər iştirak edib. 742 nəfərdən 245-i hər iki həştəqdən öz paylaşımlarında istifadə ediblər. Seçim zamanı yalnız ümumi açıq (public) paylaşımlardan istifadə olunub.

İştirakçıların 581 nəfəri Sabir Rüstəmxanlı yaradıcılığından nümunələr və ya xalq şairi ilə xatirə şəkillərini paylaşıblar.

Paylaşımların 459-u “Facebook”, 185-i “Twitter”, 98-i isə “Instagram” istifadəçilərinə məxsusdur.

Yazı müsabiqəsində istifadə olunan həştəqlər Sabir Rüstəmxanlının doğum günündə – 20 mayda “Davam” Gənclər Hərəkatının üzvlərinin dəstəyi ilə “Twitter”in Azərbaycan seqmentinin trend siyahısında ilk sıralarda yer tutub.

Müsabiqəyə öz iştirakları ilə güc qatan dəyərli ziyalılarımız Əlövsət Ağalarov, Tənzilə Rüstəmxanlı, Məlahət Qurbanova, Anar Yusifoğlu, Əli Hacı, Nəzirməmməd Zöhrablı, Malik Balaşov, Aygün Quliyeva, Zemfira Salmanova, Elçin Zahiroğlu, Elməddin Behbud  və Həbib Misirova öz təşəkkürümüzü bildiririk.

“Sabir Rüstəmxanlı üçün yaz” Müsabiqəsinin qalibləri:

1. Aysel Xanlarqızı
2. Bünyamin Bünyadzadə
3. Nurlan Cəfəri

Həvəsləndirici mükafatçılar:

1. Ərturqut Şərəfxanlı

2. Turə Rəcəbova

3. Mikayıl Mirzəzadə

4. Şəbnəm Nuriyeva

5. Aygün Hüseynova

Qeyd edək ki, iyun ayında qaliblərə xalq şairinin iştirakı ilə mükafatlar təqdim olunacaqdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button