Cəmiyyət

Sabirabadda avtomobil 60 yaşlı kişini vurub

Sabirabad rayonnda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Şixsalahlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü Məmmədov Famil Kamil oğlu yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Qəza nəticəsində müxtəlif xəsarətlər alan F. Məmmədov Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button