Cəmiyyət

Sabirabadda minik avtomobili “Qazel”ə çırpılıb, xəsarət alan var

Sabirabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında, rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 1939-cu il təvəllüdlü Muxtarov Hafiz Mikayıl oğlu idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarında dayanmış “Qazel” markalı yük avtomobilinə çırpılıb.
Nəticədə H. Muxtarov müxtəlif dərəcəli xəsarətlər alıb. O, Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button