Cəmiyyət

Şabranda 22 yaşlı gənci avtomobil vuraraq öldürdü

Şabranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, Rayonun Güləmli kənd sakini 1993-cü il təvəllüdlü Tural Şahverdiyev idarə etdiyi “VAZ-2109” markalı avtomobillə Şabran şəhər sakini, 1999-cu il təvəllüdlü Gündüz Heydər oğlu Ziyadovu vurub.
G.Ziyadov onu vuran sürücü tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Həkimlərin səyinə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button