İqtisadiyyat

Sabunçu telefon qovşağında yaranan fasilə aradan qaldırılır

“Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) tabeliyindəki 450/451 saylı ATS-ın (Sabunçu telefon qovşağı) işində fasilə yaranıb.
“Baktelecom”dan “APA-Economics”ə verilən məlumata görə, sözügedən telekommunikasiya stansiyasındakı elektrik xətlərində alışma baş verib. Nəticədə 2 600 abunəçiyə rabitə xidmətlərinin ötürülməsində fasilə yaranıb. Hadisə zamanı əməkdaşlar arasında xəsarət alan olmayıb. 
Hazırda növbətçi heyət yaranmış çətinliyin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir. Qısa zamanda telekommunikasiya xidmətləri tam olaraq bərpa ediləcək. 
Gələcəkdə belə halların baş verməməsi və əhalinin dayanıqlı xidmətlərlə təminatı üçün tədbirlər gücləndiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button