İqtisadiyyat

“Şahdəniz”dən bu il 8,4 mlrd. kubmetr qaz hasil edilib

Bu ilin yanvar-may ayında Azərbaycanda 17 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 3,4%, yəni 551,5 mln. kubmetr çoxdur.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ölkədə hasil edilən qazın 5,4 mlrd. kubmetri “Azəri-Çiqar-Günəşli” neft-qaz yataqlarının, 8,4 mlrd. kubmetri isə “Şahdəniz” qaz-kondensat yatağının payına düşüb.
Məlumata görə, hesabat dövründə SOCAR 3,2 mlrd. kubmetr qaz hasil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button