Dünya

Sakit Okean Alyansının 10 illiyi qeyd edilib

Sakit Okean Alyansına 2021-ci ildə müvəqqəti sədrlik edən ölkə – Kolumbiyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Alyansın 10-cu ildönümünə həsr edilən konfrans keçirilib.

İstiqlal.az xəbər verir ki, Sakit Okean Alyansı ölkələrinin diplomatik nümayəndəliklərinin başçılarının iştirak etdiyi tədbirdə Alyansın regional və beynəlxalq əhəmiyyəti, ticari-iqtisadi əlaqələrin inkişafına töhfəsi, əməkdaşlığı, həmçinin Sakit okean Alyansı ilə Azərbaycan arasında münasibətlərin inkişafına toxunulub.

Meksikanın Azərbaycandakı Səfiri Rodriqo Labardini çıxışında deyib ki, Sakit Okean Alyansı üzv ölkələrinin Azərbaycanla olan beynəlxalq ticarəti son illər ərzində, ələlxüsus Səfirliklərin açılması ilə – Kolumbiya 2014-cü, Meksika 2014-cü və Çili 2018-ci illərdə – əhəmiyyətli dərəcədə artıb. 2015-2020-ci illərdə Sakit Okean Alyansının üzvləri ilə Azərbaycan arasında ikitərəfli ticarətin orta göstəricisi, Səfirliklərin açılmasından iyirmi il öncəki (1995-2014) göstərici ilə müqayisədə 10 dəfəyədək yüksəlib.

Alyans Latın Amerikasının dörd ölkəsi – Çili, Kolumbiya, Meksika və Perudan ibarət regional inteqrasiya təşəbbüsüdür. Asiya-Sakit okean regionuna diqqət yetirərək, dünyaya baxış və iqtisadi, ticari ifadələrinin platforması kimi fəaliyyət göstərir. Tez bir zamanda, əmlak, xidmət, kapital və insanların sərbəst dövriyyəsinin mütərəqqi inkişafı vasitəsilə Amerika kontinentlərdə regional əməkdaşlığın yeni bir formasının əsasına çevrilib.

Bugün Sakit Okean Alyansının, 2019-cu ildən etibarən Azərbaycan da daxil olmaqla, 59 müşahidəçi üzvü var. Bu mexanizmin əhəmiyyəti üzv ölkələr və regionları ilə ticari əlaqələrini gücləndirməyə istəyən vacib beynəlxalq iştirakçılar tərəfindən tanınır. Bununla belə, Avstraliya, Kanada, Cənubi Koreya, Ekvador, Yeni Zelandiya və Sinqapur bu Latın Amerikası regional inteqrasiya blokuna tərəfdaş ölkələr qismində qoşulmaq prosesindədir.

 

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button