Dünya

Sallivan Fransa prezidentinin müşaviri ilə Rusiya, Çin və İranı müzakirə etdi

ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonda Fransa prezidentinin xarici siyasət üzrə müşaviri Emmanuel Bonnla görüşüb.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Hornun yazılı açıqlamasında qeyd olunub.
Onun sözlərinə görə, görüş zamanı NATO-nun gücləndirilməsi və modernləşdirilməsi istiqamətində görülən işlər, habelə kiberməkanda zərərli fəaliyyətin yaratdığı problemlər və terrorizm müzakirə olunub. Bundan əlavə, Rusiya, Çin, İran və Afrikanın Sahel regionu da diqqət mərkəzində olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button