Mədəniyyət

Şamaxıda baxımsız qalan tarixi abidə təmizlənib (FOTO)

Bakı. Ceyhun Ələkbərov – Trend:
Şamaxıda baxımsız qalan tarixi abidə təmizlənib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, Şamaxı rayonu Kələxana kəndində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Türbələr kompleksi”ndə (8 ədəd) Qəbələ regional idarəsi tərəfindən təmizlik işləri aparılıb.
Tarixi abidənin üzərində olan ot örtüyü təmizlənib, ətrafda səliqə-sahman yaradılıb.

Qeyd edək ki, “Türbələr kompleksi” bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button