İqtisadiyyat

Şamaxıda “Malların ixrac qeydi ilə satışı qaydası və vergitutma məsələləri” mövzusunda tədbir keçirilib – VİDEO

Rəqabətə davamlı mal və məhsulların istehsal və ixracına dəstək məqsədilə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Kapital Bankın birgə təşkilatçılığı ilə iyulun 3-də Şamaxı rayonunda “Malların ixrac qeydi ilə satışı qaydası və vergitutma məsələləri” mövzusunda tədbir keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə çıxış edən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov dövlətin sahibkarlara göstərdiyi xüsusi diqqət və qayğısından, həmçinin son dövrlərdə sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı qəbul olunmuş qanunvericilik aktlarının önəmindən söz açıb. İşğaldan azad olunmuş torpaqların yenidən çiçəklənməsi üçün ölkədə biznes potensialının gücləndirilməsinə ehtiyac olduğu qeyd olunub. Ölkə rəhbərliyinin bu istiqamətdə atdığı addımlar yüksək qiymətləndirilib.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə tədbirin önəmini vurğulayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar haqqında məlumat verib. N. Hacızadə son illər Azərbaycanın 2021-ci ilin ilk beş ayı üzrə qeyri-neft ixracının 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 mln. dollar və ya 25,4% artdığını vurğulayaraq post-pandemiya dönəmində xarici ticarətin bərpa olunmasını qeyd edib.
Daha sonra Kapital Bankın Kiçik və Orta Sahibkarlarla İş Departamentinin şöbə rəisi Elçin Mustafayev ixracın inkişafı istiqamətində maliyyə-ticarət alətlərinə tələb artmasını qeyd edib. O xatırladıb ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə birgə həyata keçirilən faktorinq, akkreditiv və qarantiyalar ilə əlaqədar tədbirlər ixracatçıların maarifləndirilməsi nöqteyi-nəzərdən mühüm addım olub.
Tədbir maarifləndirmə və kommunikasiya xarakteri daşıyaraq istehsal və ixracat fəaliyyəti ilə məşğul olan subyektlərin qəbul olunan Qayda ilə əlaqədar məlumatlandırılmasını özündə əhatə edir. Tədbir çərçivəsində ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər, malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlar, ixrac qeydi ilə alınan malların ixracının həyata keçirilməsi prosesi, “Malların ixrac qeydi ilə satış qaiməsi”nin formasının doldurulması qaydası, o cümlədən ixrac qeydi ilə satılan malların ixrac edilməsinə dair məlumat forması haqqında məlumat verilib.
 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button