Cəmiyyət

Şamaxıda yol qəzasında ata və iki azyaşlı övladı xəsarət aldı

Şamaxı rayonununda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Çağan kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Namazov Müzəffər Qəzənfər oğlu və onun iki azyaşlı övladı – 2008-ci il təvəllüdlü Namazova Aysel Müzəffər qızı, habelə 2009-cu il təvəllüdlü Namazov Anar Müzəffər oğlu müxtəlif xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button