Cəmiyyət

Samur-Abşeron kanalında kişi meyiti tapılıb

Samur-Abşeron kanalında kişi meyiti tapılıb.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında kanalın Şabran rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, meyitin bir neçə gün əvvəl itkin düşən Quba sakini, 54 yaşlı Əlişan Tağı oğlu Fətiyevə məxsus olması ehtimal edilir. Onun hansı şəraitdə kanala düşməsi məlum deyil.
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button