Cəmiyyət

Samux və Gəncədə yanğın olub – YENİLƏNİB 

Gəncə şəhərində və Samux rayonu ərazisində yanğın hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Samux rayonunun Bağbanlar kəndi ərazisində biçilmiş taxıl sahəsində baş verən yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası tərəfindən söndürülüb.
Axşam saatlarında isə Gəncə şəhərində yanğın olub. Yanğın şəhər ərazisində yerləşən bazarların birinin yaxınlığında qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri cəlb olunub və yanğının qarşısı alınıb.
Hər iki yanğının baş vermə səbəbi araşdırılır.
22:54
Samux rayonunun Bağbanlar kəndi ərazisində taxıl sahəsində yanğın başlayıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Samux Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri cəlb olunub.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button