Cəmiyyət

Samuxda ata və iki oğlu bıçaqlanıb – YENİLƏNİB

Samux rayonunda əmisini və onu iki oğlunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Vüqar Səfərov Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Hadisənin təsərrüfatı suvarmaq üstündə baş verən mübahisənin səbəb olduğu bildirilir.
Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.
15:08
Samux rayonunda qohumlar arasında dava baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tatlı kəndində qeydə alınıb.
Belə ki, qohumlar arasında yaranmış mübahisə zəminində 1971-ci il təvəllüdlü Səfərov Mətləb Oktay oğlu və onun iki oğlu – 1985-ci il təvəllüdlü Röyal Səfərov və 1993-cü il təvəllüdlü İlkin Qurbanov bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır.
İlkin məlumata görə, hadisəni törədən şəxs M.Səfərovun əmisi oğludur.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button