Cəmiyyət

Samuxda həmyerlisini güllələyən şəxs saxlanılıb

Samux rayonunda 32 yaşlı kişi ehtiyatsızlıqdan güllələyən şəxs saxlanılıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Samux rayonunun İstixana qəsəbəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Taleh Məmmədov “İj” markalı silahla ayağından güllə yarası alıb və o, xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”a bildirilib ki, hadisə ehtiyatsızlıqdan baş verib.
“Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Samux rayon sakini, 1983-cü il təvəllüdlü Vüsal Əliyev “İj” markalı silahla ehtiyatsızlıqdan Taleh Məmmədovu ayağından vurub”.
Daha sonra V.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button