Cəmiyyət

Sanskrit dilini öyrənmək üçün yeni “Little Guru” tətbiqi təqdim edilib

Hindistanın Bakıdakı Səfirliyi Azərbaycan Dillər Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində Sanskrit dilini öyrənmə tətbiqi olan “Little Guru” adlı yeni tətbiqi təqdim etmək məqsədilə onlayn tədbir keçirib.

İstiqlal.az xəbər verir ki, onlayn tədbirdə dünyanın ilk oyun formatına salınmış Sanskrit dilini öyrənmə tətbiqi olan “Little Guru” tətbiqi Hindistanın Mədəni Əlaqələr Şurası və “GamappSportswizz” Texnologiyalarının birgə əməkdaşlığı ilə hazırlanıb və 09 aprel 2021-ci il tarixində Hindistanın Mədəni Əlaqələr Şurası tərəfindən rəsmi şəkildə bütün dünyaya təqdim olunub. Sanskrit dili dünyanın ən qədim dillərindən biridir.

Bu dilin qrammatik strukturu yüksək dərəcədə inkişaf etmişdir və ən mükəmməl proqramlaşdırıla bilən kompüter dili kimi görünür. Hindistanın Azərbaycandakı səfiri B. Vanlalvavna açılış nitqində Sanskrit dilinin əhəmiyyəti və müxtəlif ölkələr arasında mədəni əlaqələrin qurulmasında rolu barədə ümumi məlumat verib.

O, Azərbaycan Dillər Universitetinin dilin inkişafı və Hindistan ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulması sahəsində Hindistan Səfirliyi ilə əməkdaşlığını vurğulayıb. Azərbaycan Dillər Universitetinin prorektoru Dr. Jalə Qəribova Hindistanın Bakıdakı Səfirliyi ilə uzun müddət davam edən əlaqələrin, həmçinin Azərbaycanda dil biliklərinin təbliğinə dair razılaşmaların təfərrüatlarını açıqlayaraq geniş çıxış edib. O, hind dilinin tədrisi üçün Hindistan Səfirliyi tərəfindən universitetdə təsis edilən hind dili mərkəzinin əhəmiyyətindən bəhs edib.

“Little Guru” Tətbiqi abunə əsaslı bir tətbiqdir. İlk bir neçə dərs pulsuzdur və abunə yalnız istifadəçilər daha da irəlilədikdə fəaliyyətə başlayır. Proqramı Google Play-də yükləmək üçün https://bit.ly/3mDhnXo linkindən, App Store-da yükləmək üçün isə https://apple.co/3t8tAWv linkindən istifadə olunur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button